Sosial
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
Mobil operatorun “Qadın Dəstək Xətti” xidməti artıq daha əlçatandır Azercell 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Oflayn qadınlar” sosial layihəsini təqdim edir.
“Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıqda həyata keçirilən layihənin məqsədi bu qlobal problemə ictimai diqqəti artırmaq və zorakılığa məruz qalan qadınlara operativ yardım göstərməkdir. Çətin həyat şəraitində yaşayan qadınların əksəriyyəti mövcud dəstək resursları və müraciət kanalları barədə kifayət qədər məlumata sahib olmur.
Yeni istifadəyə verilən oflaynqadinlar.az platforması qadınlara şiddət, psixoloji, iqtisadi və digər zorakılıq hallarında Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə ətraflı və sistemli məlumat təqdim edir. Platforma qadınlara öz hüquqları barədə etibarlı mənbələrdən məlumat əldə etmək, təqdim olunan videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar haqqında dolğun informasiya əldə etmək imkanı verir. Sayt anonimlik və təhlükəsizlik prinsiplərinə tam uyğun şəkildə fəaliyyət göstərir. Azercell abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da yararlana bilərlər.
Fərdi dəstəyə ehtiyac olduğu halda qadınlar “Qadın Dəstək Xətti”nin 116111 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər. Artıq üç ildir ki, Azercell-in dəstəyi və təşəbbüsü ilə fəaliyyət göstərən xidmət 24/7 rejimində müraciətləri qəbul edir. Bugünədək 11000-dən çox qadın xəttin xidmətlərindən yararlanıb. “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə olunan bu xidmət qadınlara operativ və kompleks psixososial yardım göstərir, zorakılıqla üzləşən qadınların reabilitasiyasına və cəmiyyətə reinteqrasiyasına dəstək olur. Bu istiqamətdə Dəstək Xətti icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq qurur. Qeyd edək ki, Azercell abunəçiləri üçün qısa nömrəyə zənglər ödənişsizdir.
Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. “Oflayn qadınlar” layihəsi bu istiqamətdə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq ölkənin müxtəlif bölgələrində yaşayan qadınlara real dəstək göstərməyi və onların həyatında müsbət dəyişikliklərə töhfə verməyi hədəfləyir.
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür

















.jpg)
















