Sosial
Astanada Türk dünyasının İncəsənət Muzeyi açıldı - FOTO
Qazaxıstanın paytaxtında Astana şəhər Akimliyi , Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində İncəsənət Muzeyinin təntənəli açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə türk dünyasının zəngin musiqi və sənət irsini əks etdirən eksponatlar, interaktiv guşələr və nadir kolleksiyalar ilk dəfə olaraq ictimaiyyətə təqdim olunub.
Açılış çərçivəsində dünya şöhrətli ustad sənətkarlar tərəfindən hazırlanmış musiqi alətlərinin Rəsmi Təhvil-təslim mərasimi olub. Əsrlərin ənənəsini müasir ustalıqla birləşdirən bu alətlər türk musiqi mədəniyyətinin müxtəliflik və zənginliyini nümayiş etdirən unikal sənət nümunələri kimi dəyərləndirilib.
Tədbirin davamında “Türk Musiqi Alətləri Sərgisi”nin qırmızı lenti kəsilib. Nümayiş etdirilən eksponatlar türk xalqlarının musiqi aləti hazırlığına dair tarixi, etnoqrafik və estetik məlumatlar da həm elmi, həm də vizual baxımdan ziyarətçilərdə geniş təsəvvür yaradıb.
Günün proqramında həmçinin türk dünyasının tanınmış ustaları tərəfindən təşkil olunan ustad dərsləri də yer alıb. Master-klaslar zamanı iştirakçılara alətlərin hazırlanma prosesinin incəlikləri, ifa xüsusiyyətləri və ənənəvi texnikaların qorunması ilə bağlı praktiki biliklər təqdim edilib.
Tədbir türk dünyasının musiqi irsinin qorunması və təbliği istiqamətində Türk Mədəniyyəti və İrsi Fondunun ardıcıl səylərinin və tərəfdaş qurumlarla birgə əməkdaşlığının növbəti mühüm nəticəsi kimi dəyərləndirilib.
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür















.jpg)


















