Sosial
“Araz” AI Challenge - 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin həyata keçirdiyi “Araz” AI Challenge - 2025” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd gənclərin və yaradıcı şəxslərin süni intellekt alətlərindən istifadə bacarığını inkişaf etdirmək, yaradıcılıqla texnologiyanı birləşdirmək və ölkəmizdə innovasiya, rəqəmsallaşma və süni intellekt sahəsində dövlət səviyyəsində atılan strateji addımlara dəstək verməkdir. Müsabiqəyə foto, video və audio kateqoriyası üzrə 150-yə yaxın iş təqdim olunub və hər kateqoriya üzrə 3 nəfər olmaqla ümumilikdə 9 qalib seçilib, həmçinin 5 iştirakçı həvəsləndirici mükafata layiq görülüb.
Tədbirdə çıxış edən “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov qeyd edib ki, süni intellekt dünyada sürətlə dəyişən texnoloji mühitin əsas istiqamətlərindən biridir və artıq şirkətin fəaliyyətinin müxtəlif sahələrində tətbiq olunur. Onun sözlərinə görə, ölkədə süni intellekt ekosisteminin qurulması və rəqəmsal transformasiya istiqamətində görülən genişmiqyaslı işlər şirkəti də daha böyük hədəflərə ilhamlandırır: “Araz” supermarketlər şəbəkəsi bu sahənin ölkəmizdə inkişaf etməsi üçün davamlı təşəbbüslərlə gənclərə dəstək verir, innovativ layihələr həyata keçirir. “Araz” AI Challenge -2025" müsabiqəsi yaradıcı şəxslərə öz ideyalarını real brend üzərində sınamaq, süni intellekt alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək üçün unikal imkan yaradır”.
Müsabiqəyə təqdim olunan foto, audio və videoların qiymətləndirilməsi süni intellekt sahəsində fəaliyyət göstərən peşəkar münsiflər heyəti tərəfindən xüsusi meyarlar əsasında həyata keçirilib. Münsiflər seçim zamanı yaradıcı yanaşma, texniki həllər, süni intellekt alətlərinin tətbiq səviyyəsi və ideyanın brend dəyərləri ilə uyğunluğu kimi meyarları nəzərə alıblar.
-
Sosial15:27Nazir Penitensiar xidmətinin vəzifəli şəxslərini işdən çıxardı
-
Sosial14:32Fəzail Ağamalının nəvəsi ilə bağlı yayılan videoya oğlundan REAKSİYA
-
Dünya14:08İmran Xan öldürüldü - Şok iddia
-
İdman14:06Corcina Qətərdən paylaşdığı FOTOLARLA hər kəsi heyran etdi
-
İdman13:42Qurban Qurbanov Avropa klubuna keçir? - Tanınmış ekspertdən ŞOK İDDİA
-
Sosial13:06Fəzail Ağamalının nəvəsinin ŞOK GÖRÜNTÜLƏRİ - İDDİA / VİDEO
-
MDB11:36Putin bu ölkədə türk dilində danışdı - VİDEO
-
Kriminal11:25Ginekoloq xəstələri çılpaq halda videoya çəkirmiş











_(1).png)
















_(3).jpg)






