Sosial
Vüsalə Əlizadənin verilişi buna görə dayandırılıb - Açıqlama
Xəzər TV bu gün efirə gedən “İncə səhər” verilişinin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, açıqlamada bu gün saat 10:38-də aparıcısı Vüsalə Əlizadənin olduğu “İncə Səhər” verilişinin yayımı zamanı texniki problem yarandığı bildirilib.
Qeyd olunub ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib: “Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb.
Fayl “playout” sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb”.
Xəzər TV tərəfindən yaranmış narahatlığı anlayışla qarşıladıqları və efiri diqqətlə izlədikləri üçün izləyicilərə minnətdarlıq edilib.
Qeyd edək ki, proqram həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edir. Lakin veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın qonaqları tanınmış müğənnilər - Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olub.
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür

















.jpg)
















