Sosial
Şuşa Humanitar Kollecində Heydər Əliyevə həsr olunan açıq dərs keçirildi - FOTO
Bu gün Şuşa Humanitar Kollecində Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən “Ümumilli lider Heydər Əliyev və nitq mədəniyyəti” mövzusunda açıq dərsi keçirilib.
Publika.az xəbər verir ki, kollecin müəllimi Könül Hüseynova Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı barədə geniş məlumat verib və açıq dərsin məhz Ümummilli liderə həsr edilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra kollecin tələbələri Ümumilli lider Heydər Əliyev və natiqlik sənəti haqqında, onun aforizmə çevrilmiş sözlərindən danışıblar və dünyanın aparıcı siyasi-ictimai xadimlərinin Heydər Əliyevlə bağlı fikirlərindən sitatları diqqətə çatdırıblar.
Qeyd edilən fikirləri əks etdirən videoçarx nümayiş etdirilib
Açıq dərsdə xüsusi olaraq Ümumilli lider Heydər Əliyevin yolunun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev haqqında danışılıb, onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, ordu quruculuğu və digər atdığı mühüm addımları barədə fikirlər səsləndirilib.
Sonda vətənpərvərlik mövzusuna həsr olunmuş “Azərbaycan” mahnısı tələbələr tərəfindən ifa edilib.
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür


















.jpg)















