Sosial
Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verdi
Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib – filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi üzrə elektron xidmət artıq “MyCulture” vahid elektron kabinetinizdə əlçatandır.
Publika.az xəbər verir ki, “Mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyası” Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyasının (2024-2026) (“e-Culture” Strategiyası) 10 prioritet istiqaməti sırasındadır.
Bu xüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “e-Culture” Strategiyasına uyğun olaraq, kino klasterinin rəqəmsal transformasiyası çərçivəsində “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti istifadəyə verib.
Qeyd olunan elektron xidmət, mədəniyyət sahəsində bir pəncərə prinsipi əsasında xidmətləri vahid platformada cəmləyən “MyCulture” vahid şəxsi kabineti (https://my.culture.az), həmçinin Mədəniyyət Nazirliyinin rəsmi internet informasiya ehtiyatı (https://culture.gov.az) vasitəsilə əlçatandır.
Yenidən formalaşdırılmış “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti sənəd dövriyyəsini sadələşdirir, müraciətlərin təqdim edilməsini sürətləndirir və prosesi tam avtomatlaşdırır. Bu, qeyd olunan xidmətin əsas istifadəçiləri olan film istehsalçıları, film nümayişçiləri, film yayımçıları və kinoteatr şəbəkələri üçün məkan və zamandan asılı olmayaraq müvafiq yayım vəsiqəsinin əldə olunmasını daha rahat və əlçatan edir.
Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Hazırda Filmlərin Dövlət Reyestrində 11 000-dən çox ekran əsəri və yayım vəsiqəsi mövcuddur ki, bu da prosesin rəqəmsallaşdırılmasını xüsusi əhəmiyyətli edir.
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər Filmlərin Dövlət Reyestrinə daxil edilməli və “Filmlərin yayımı və nümayişi Qaydaları”na müvafiq yayım vəsiqəsi əldə etməlidir. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsi üzrə inzibati məsuliyyət yaradır.
Yeni elektron xidmət sayəsində xarici kino şirkətlərinin də Azərbaycan kino sənayesinə daxil olması daha asan və operativ olacaq. Bu, beynəlxalq kino dövriyyəsinin genişlənməsinə və yeni əməkdaşlıqların yaranmasına şərait yaradacaq.

-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür

















.jpg)
















