Sosial
“İndi sadəcə nəşini istəyirik” - 2 ay oldu...
Sentyabrın 27-dən gəmidə itkin düşmüş 33 yaşlı həkim Tural Sultanov hələ də tapılmayıb.
Publika.az xəbər verir ki, bu barədə Bizim.Media-ya danışan Turalın əmisi qızı Ağanisə Sultanova bildirib ki, artıq sadəcə onun nəşinin tapılmasını gözləyirlər.
“Peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Amma onun olduğu gəmidən quruya qədər 160 km-lik məsafə olub. Tam dənizin ortası! Biz mütəxəssislərdən də soruşduq, soyuq, dalğalı sularda bu qədər məsafəni üzə-üzə qət edə bilməzdi. Peşəkar üzgüçü üçün belə bu, qeyri-mümkündür. Sağ olsaydı da bu qədər vaxta ondan bir xəbər çıxardı. Tural həmin gün gəmidən heç yerə getməyib. Demək ki, batıb... Bunu çox böyük acı ilə, təəssüflə bildiririk. Bizim də indi istəyimiz odur ki, nəşi tapılıb verilsin”, - deyə o qeyd edib.
A.Sultanovanın sözlərinə görə, hazırda hadisənin necə baş verməsi və onun nəşinin tapılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar gedir: “Turalın gəmidə olarkən kameraya düşmüş görüntüləri, zəngləri və s. hamısı hazırda prokurorluqdadır. Araşdırmalardan sonra məlumat açıqlanacaq”.
Qeyd edək ki, peşəkar idmançı olmaqla yanaşı, Tural Sultanov həkim kimi “Leyla Medical Center”də də fəaliyyət göstərirdi. Sonuncu dəfə gəmidə olarkən klinika ilə danışıb. Həkimin itkin düşməsindən sonra xilasetmə əməliyyatlarına başlanılıb, 5 gəmi və helikopterlə axrarışlar həyata keçirilib. Bu barədə də davamlı olaraq ailəyə, Turalın atası Hüseynağa Sultanova məlumat verilib.
Hadisə sentyabrın 27-də baş verib. Tural Sultanov eyni zamanda “BUE CASPİAN LTD” şirkətinə məxsus “Caspian Protektor” gəmisində həkim kimi çalışıb. Onun hansı şəraitdə itkin düşməsi hələ də müəmmalıdır.



-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq

































