Jurnalistlər “Avromed”in müasir deposu ilə tanış oldu - FOTOLAR
Bizi izləyin

Sosial

Jurnalistlər “Avromed”in müasir deposu ilə tanış oldu - FOTOLAR

“Avromed Company” MMC media nümayəndələri üçün şirkətin Binə qəsəbəsində yerləşən müasir deposuna mediatur təşkil edib.

Publika.az xəbər verir ki, tur çərçivəsində jurnalistlər ümumi sahəsi 10 000 m² olan kompleksin iş prinsipləri, logistika ardıcıllığı, depo əməliyyatlarının idarəolunması və mövcud keyfiyyətə nəzarət sistemi ilə yaxından tanış olublar. Media nümayəndələri məhsulların qəbulundan çeşidlənməsinə, saxlanmasından yığılmasına qədər bütün mərhələləri yerində müşahidə ediblər.

Təqdimat zamanı depo zonalarının strukturu, məhsulların saxlanma şəraiti və logistikanın avtomatlaşdırılmasına dair geniş məlumat verilib. Mütəxəssislər bildirib ki, mezon və konveyer sistemi məhsulların dayanmadan vəfasiləsiz şəkildə hərəkətini təmin edir. WMS Qguar Pro idarəetmə platforması isə bütün əməliyyatları real vaxt rejimində izləyərək prosesi daha sürətli, dəqiq və çevik edir. Həmçinin jurnalistlərə TSD terminalları vasitəsilə seçmə prosesinin minimal məsafə prinsipi əsasında necə optimallaşdırıldığı nümayiş etdirilib.

Təqdimat zamanı həmçinin vurğulanıb ki, “Avromed Company” MMC yaxın gələcəkdə robot texnologiyalarını iş prosesinə inteqrasiya etməyi planlaşdırır. Qeyd olunub ki, bu yenilik işç isayının azaldılması məqsədi daşımır. Əksinə, müasir robotik həllər, əməliyyatların daha dəqiq, sürətli və standartlaşdırılmış şəkildə aparılmasına, logistika zəncirinin isə qlobal tələblərə uyğunlaşdırılmasına xidmət edəcək. Bu texnologiyalar əməkdaşların iş yükünü azaltmaqla onların daha strateji və analitik proseslərə fokuslanmasına imkan verəcək.

Mediatur sual-cavab sessiyası ilə davam edib və jurnalistlər depo əməliyyatları, məhsul axınının idarəolunması və logistika proseslərinin təkmilləşdirilməsi ilə bağlı əlavə məlumatlar əldə ediblər.

2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC bugün Azərbaycanda əczaçılıq sektorunun aparıcı distribüterlərindən biridir. Şirkət 40-dan çox ölkədən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə apteklər, klinikalar və xəstəxanalar üçün fasiləsiz təchizat zənciri qurub. Avromed müasir logistika sistemləri və yüksək keyfiyyətli məhsulları ilə bazarda etibarlı və yenilikçi liderlərdən biri kimi tanınır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm