Sosial
Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində bədii kollektivlərin regionlara ilk qastrol səfərləri başlayır
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində, nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərlərinin təşkili 2025-ci və 2026-cı illər üçün nəzərdə tutulub.
Publika.az xəbər verir ki, layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin – xüsusilə gənclərin – asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.
Qastrol proqramı çərçivəsində 2025-ci ildə R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin 1 dekabrda Sumqayıt şəhəri “Kimyaçı” Mədəniyyət Sarayında, 27 dekabrda isə Şamaxı rayon Mədəniyyət Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin solistləri — xanəndə və instrumental ifaçılarının 3 dekabrda Bərdə rayon Mədəniyyət Mərkəzində, Əməkdar Kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 6 dekabrda Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində, Cahangir Cahangirov adına Xor kollektivinin isə 26 dekabrda Quba rayon Mədəniyyət Mərkəzində çıxışları baş tutacaq. 2026-cı ildə isə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin 23 yanvarda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxışı nəzərdə tutulur.
Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində ilk dəfə reallaşdırılan bu qastrol proqramı regionlarda mədəni mühitin daha da zənginləşməsinə, incəsənətə olan marağın artırılmasına və yaradıcı mübadilənin genişlənməsinə mühüm töhfə verəcək.
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır


































