Sosial
Suraxanıda konfrans keçirildi - FOTO
Suraxanı Rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu:Suraxanıda yeni sosial yanaşma” adlı konfrans keçirilib.
Publika.az xəbər verir ki, tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycan qadınlarının cəmiyyətin sosial, iqtisadi və siyasi həyatında artan rolunun ölkəmizin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
RİH başçısı bildirib ki, sevindirici haldır ki, Azərbaycanda həyata keçirilən gender siyasəti tarixi ənənələrlə müasir çağırışları uğurla birləşdirir. Onun sözlərinə görə, müstəqillik dövründə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri olmuş, məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. O, qadınların hüquq bərabərliyinin Konstitusiyada təsbit edilməsinin və Azərbaycanın bu sahədə bütün mühüm beynəlxalq sənədlərə qoşulmasının gender siyasətinin davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını əlavə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində təşkil olunduğuna diqqət çəkərək, kampaniyanın ilk növbədə rəqəmsal mühitdə genişlənən zorakılıq formalarına qarşı mübarizənin milli və beynəlxalq səviyyədə həmrəyliyə və birgə fəaliyyətə əsaslanmasının vacibliyini önə çıxardığını vurğulayıb.
B.Muradova bildirib ki, ilk növbədə, ölkə prezidenti cənab İlham Əliyevin bu sahədəki qərar və sərəncamları, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələri, cəmiyyəti bu problemlə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüsləri əldə edilən müsbət nəticələrin əsas hərəkətverici qüvvəsidir.
Konfrans panel müzakirələrlə davam edib.
“Qadın hüquqlarının qorunması-davamlı inkişafın əsas prinsipi“ mövuzusunda keçirilən birinci sessiyaya Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova moderatorluq edib. Sessiyada Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək, İcra Hakimiyyəti yanında yaradılmış MƏQ-in məişət zorakılığı hallarının izlənməsi, zərərçəkmiş şəxslərin sosial və hüquqi müdafiəsinin təmin olunması, mühafizə orderlərinin verilməsi, zorakılıq törədən şəxslərlə profilaktik tədbirlərin görülməsi, eləcə də ictimai maarifləndirmə və gender bərabərliyinin təşviqi məqsədilə keçirdiyi müxtəlif tədbirlər və layihələr barədə məlumat verib. Həmçinin, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Kəmalə Ələkbərova, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova ilə mövzu ilə bağlı müzakirələr aparılıb.
‘’Zorakılığa qarşı mübarizədə ictimai həmrəylik və hüquqi dəstək’’ mövzusunda müzakirələrin aparıldığı ikinci panel sessiyanın moderatoru isə BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru Ceyhun Qaracayev olub. Sözügedən mövzu ətrafında Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru Almaz Mahmud, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Lalə Nağıyeva müzakirələr aparıblar, eləcə də panelçilərə ünvanlanan suallar cavablandırılıb.
![]()
-
Dünya11:24Tehran Fidanın səfərindən danışır: Nələr müzakirə olunub?
-
Sosial11:09Baş nazirdən pensiyalarla bağlı YENİ QƏRAR
-
Dünya10:54NATO rəsmən açıqladı: Rusiya daha aqressiv CAVAB ALACAQ
-
Magazin110:18Bakıdakı bu dəbdəbəli toy kimindir? - Yerli və xarici ulduzlar axın etdi - VİDEO
-
Nida Xəbər 09:42Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq: Hansı maddə ilə ittiham edildiyi bilindi
-
Dünya08:48Dişi aslan qəfəsinə girən gənci PARÇALADI
-
Hadisə08:36Kəlbəcərdə iki kənd ərazisində GÜCLÜ YANĞIN - FOTO
-
Magazin106:16Xatirə Moskvadan paylaşım etdi - FOTO
































