Sosial
SPORT TV kanalı Ertem Şenerlə bağlı açıqlama yaydı
SPORT TV kanalı Ertem Şenerlə bağlı açıqlama yayıb:
Son günlər Türkiyənin məşhur idman şərhçisi Ertem Şenerin Azərbaycana səfəri ilə bağlı mətbuatda əsassız məlumatlar yayılıb. Bildiyiniz kimi, qardaş ölkədə böyük nüfuza malik olan Ertem Şener bizim futbol azarkeşləri tərəfindən də xüsusi rəğbətlə qarşılanır. Onun həm şərhləri, həm də son dövrlərdə “Qarabağ” və Azərbaycanla bağlı müzakirələrdə göstərdiyi səmimi yanaşma və duyğusallıq azarkeşlərimizin diqqətini cəlb edir.
Ertem Şenerin Azərbaycanda geniş izləyici kütləsinə malik olması nəzərə alınaraq, SPORT TV kanalı “Qarabağ” - "Çelsi” oyunu ərəfəsində onu Bakıya dəvət edib. Səfər çərçivəsində o, CBC Sport-un təşəbbüsü ilə “Qarabağ”ın oyununda şərhçi kimi də çıxış edib.
Ertem Şenerə olan böyük maraq və səfərlə bağlı müsbət reaksiyalar fonunda SPORT TV onunla razılıq əldə edərək Avrokubok oyunlarını mövsümün sonuna qədər mütəmadi olaraq onun şərhi ilə təqdim etməyi planlaşdırır. Yəni, bu, tamamilə SPORT TV-nin biznes və yaradıcı layihəsidir.
Ertem Şenerin oyun şərh etməsi ilə bağlı İctimai Televiziyaya (İTV) hər hansı müraciət olunması barədə məlumatlar həqiqəti əks etdirmir. Belə bir müraciət olmadığı üçün İTV tərəfindən guya mənfi cavab verilməsi ilə bağlı yayılan xəbərlər də tamamilə yanlışdır. Bu mövzuda nə SPORT TV, nə də Ertem Şener tərəfindən İTV-yə müraciət olunmayıb. Bir müddət əvvəldən şərhçinin məhz hansı oyunları televiziyamızda şərh edəcəyi ilə bağlı məlumatlar paylaşılırdı.
Bəzi sosial media səhifələrinin heç bir lüzum olmadığı halda belə bir ajotaj yaratamağa cəhd etməsi və İTV-nin adını hallanması təəssüf doğrurur. Bir daha bildiririk ki, Ertem Şener mövsümün sonunadək Avrokubok qarşılaşmalarını TVNET platformasına aid olan SPORT TV kanalında şərh edəcək.
-
Dünya13:30Maduro ABŞ-a xəbər göndərdi: Bu tarixdə istefa verəcək
-
İdman13:24Əfsanəvi qapıçının üçüncü evliliyi: Onu yoldan çıxaran gözəl kimdir? - FOTOLAR
-
Rəsmi xronika13:13İlham Əliyev sərəncam imzaladı
-
Magazin112:50Ev dustağı olan Rəqsanə necə konsert verəcək? - Hüquqşünas detalları açıqladı
-
Dünya11:24Tehran Fidanın səfərindən danışır: Nələr müzakirə olunub?
-
Sosial11:09Baş nazirdən pensiyalarla bağlı YENİ QƏRAR
-
Dünya10:54NATO rəsmən açıqladı: Rusiya daha aqressiv CAVAB ALACAQ
-
Magazin110:18Bakıdakı bu dəbdəbəli toy kimindir? - Yerli və xarici ulduzlar axın etdi - VİDEO













.jpg)



















