FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə müşavirələr keçirildi - FOTO
Bizi izləyin

Sosial

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə müşavirələr keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Şirvan şəhər, Salyan, Hacıqabul, Saatlı, Sabirabad, Neftçala, İmişli və Biləsuvar Rayon İcra hakimiyyətlərində, həmçinin Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan və Mil-Muğan Regional Təhsil idarələrinin həmin şəhər və rayonlarda fəaliyyət göstərən təhsil sektorlarında “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə FHN Muğan Regional Mərkəzinin, sözügedən icra hakimiyyətlərinin, təhsil sektorlarının, eyni zamanda yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirlərdə çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Müşavirələrdə Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıdan duran vəzifələr geniş müzakirə olunub, suallar cavablandırılıb, videoçarx nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm