Sosial
Azərbaycanda ov edilməsi qadağan olunur
Ölkə ərazisində oktyabrın 10-dan açıq elan olunmuş ov mövsümü bu gün başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.
Onun sözlərinə görə, dekabrın 1-dən etibarən ölkə ərazisində ov edilməsi qadağan olunur.
"Alim və mütəxəssislərlə birgə aparılan mütəmadi monitorinqlərin nəticələrinə əsasən, son illər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ölkəmizin faunasına da təsir göstərdiyindən ov mövsümünün məhdudlaşdırılması zərurəti yaranıb. Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama və yuvalama yerlərinin, həmçinin bir sıra növlərin miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Qeyd olunanlar nəzərə alınaraq, hazırda təbiətdə gedən proseslər izlənilir və nəticələrdən asılı olaraq, ov mövsümünün yenidən açılıb-açılmaması məsələsinə baxılacaq", - məlumatda qeyd olunub.
Xidmət rəsmisi ov mövsümünün bağlı olduğu müddətdə vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə və qanunsuz ovdan çəkinməyə çağırıb.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi



































