Sosial
Yasamalda yanan bina ilə bağlı yeni xəbər - Video
Tüstüdən qaralan işıqsız koridorlar və his qoxan divarlar... Söhbət təxminən 10 gün əvvəl Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın hadisəsinin baş verdiyi yaşayış binasından gedir.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, faciədən sonra binada yanğının fəsadlarının aradan qaldırılmasına və təmir işlərinə başlanılıb.
Sakinlərin verdiyi məlumata görə, təmir işləri artıq intensivləşib: "Burada artıq ikinci mərtəbədən başlayaraq təmir işləri başlanılıb. Artıq bu gün konkret olaraq təmir işlərinə başlanılıb. Hazırda bizə söz də verilib ki, bu günlərdə qismən bir xəttin bərpa olunması yolu ilə işıq verilsin".
Yanğın nəticəsində 17 mərtəbəli bina boşaldılıb və sakinlər başqa evlərdə müvəqqəti məskunlaşdırılıblar. Lakin cəmi bir neçə mənzildə getməyə yeri olmayan sakinlər qalıblar.
Təmir işlərinin tam başa çatması və binanın normal yaşayış rejiminə qayıtması üçün işlər davam etdirilir.
Daha ətraflı videomaterialda:
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı


































