Sosial
Azərbaycanda benzin və dizel bahalaşacaq?
Dünya bazarında neftin qiyməti bahalaşıb. Bəs, neftin qiyməti artdıqda, dizel və benzinin qiyməti adətən necə dəyişir?
Publika.az xəbər verir ki, bu barədə Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neftin günlük və ya həftəlik dəyişməsi heç bir ciddi mənada qiymət formalaşmasına təsir etmir.
Ekspertin sözlərinə görə, neft qiymətləri əsasən aylıq, rüblük, yarımillik və illik dinamika əsasında qiymətləndirilir. Məhz həmin uzunmüddətli tendensiyalar bazar iqtisadiyyatı ilə idarə olunan ölkələrdə yanacaq qiymətlərinə təsir göstərir.
“Azərbaycan kontekstində vəziyyət fərqlidir. Yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənir və Tarif Şurasının səlahiyyətindədir. İstənilən an qiymət artımı mümkündür. Məsələn, ölkədə AI-92 benzininin qiyməti 1 manat 10 qəpik, dizel isə 1 manatdır. Bu qiymətlər müəyyən olunanda neftin qiyməti 82 dollar idi. Hazırda neft 62–63 dollar olsa da, yanacaqda heç bir dəyişiklik baş vermədi”, – deyə Natiq Cəfərli vurğulayıb.
Ekspert əlavə edib ki, Azərbaycanda neftin dünya bazarındakı qiymət dəyişikliyi yanacaq tariflərinə birbaşa təsir göstərmir və mövcud sistemdə qiymət siyasəti hökumətin qərarlarından asılı olaraq formalaşır.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi



































