Sosial
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
2018-2025-ci illərdə Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb.
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsində bildirib.
"110 manatdan 320 manata qədər bu artımı təmin etmişik. Hazırda minimum pensiyanın minimum əmək haqqına nisbəti 80 % təşkil edir. Orta aylıq pensiyalarda artım isə 2,6 dəfədir. Yəni biz ümumi pensiyanın üç qrup üzrə (yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə) 208 manatdan 540 manata çatdırılmasına nail ola bilmişik. Yaşa görə orta aylıq pensiyada 2,5 dəfə artımı müşahidə eləyirik. Yəni 234 manatdan 575 manata biz bu məbləğləri artırmışıq. Orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbəti hazırda 50 % təşkil edir. Sosial müavinət və təqaüd ödənişlərində biz 5 dəfə artıma nail olmuşuq. Yəni biz 400 milyon manatdan artıq 2026-cı ildə 2 milyard manat xərcə gəlib çıxmışıq", - deyə o qeyd edib.
-
İdman21:45“Qarabağ” - “Ayaks”a qarşı - CANLI/YENİL ƏNDİ
-
Elm və təhsil20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO
-
Sosial20:00Bakıda daha bir məşhur bazar SÖKÜLÜR
-
İdman19:50“Qarabağ” – “Ayaks” oyunu təxirə salınır? - Klub açıqladı
-
Elm və təhsil18:50Yeni təyin olunan rektor kimdir? - DOSYE
-
Sosial17:53Əli Əsədov sərəncam imzaladı
-
Rəsmi xronika17:43Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Nida Xəbər 17:30Prezidentə yalan deyilib: Ramiz Mehdiyev onların adını siyahıdan çıxarıb
























.jpg)







