Sosial
Azərbaycan gəlir vergisinin dərəcəsini 50 faiz azaldır
Azərbaycan gəlir vergisi ilə bağlı daimi güzəştli rejim tətbiq edir, bu verginin dərəcəsini 50 faiz azaldır.
Publika.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
Nazir qeyd edib ki, qanuna dəyişiklik edilməsəydi, 2 500 manata qədər gəlir 14%-lə, 2500 manatdan artıq gəlir isə 25%-lə vergiyə cəlb ediləcəkdi:
"Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir, 14%-lik vergini 7%-ə salırıq. Özü də bunu tədricən edirik.
Yəni 2026-cı ildə muzdla işləyənlərin böyük əksəriyyətini əhatə edən 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3%-dir. Və mən bir daha da həm hörmətli həmkarlarıma, deputatlarımıza, eyni zamanda ekspertlərimizə çağırış edirəm ki, istənilən ölkənin vergi rejimini araşdırsınlar və görsünlər ki, gəlir vergisinin 3% olduğu necə ölkə var. Bu, çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin özəl sektorun inkişafı üçün yaratdığı növbəti imtiyazdır".
-
İdman21:45“Qarabağ” - “Ayaks”a qarşı - CANLI/YENİL ƏNDİ
-
Elm və təhsil20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO
-
Sosial20:00Bakıda daha bir məşhur bazar SÖKÜLÜR
-
İdman19:50“Qarabağ” – “Ayaks” oyunu təxirə salınır? - Klub açıqladı
-
Elm və təhsil18:50Yeni təyin olunan rektor kimdir? - DOSYE
-
Sosial17:53Əli Əsədov sərəncam imzaladı
-
Rəsmi xronika17:43Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Nida Xəbər 17:30Prezidentə yalan deyilib: Ramiz Mehdiyev onların adını siyahıdan çıxarıb
























.jpg)







