Sosial
Bu gün yüzlərlə ailə sevinəcək - Gözlər saat 11:00-a dikilib
Bu gün Azərbaycanda dövlət hesabına inşa olunan güzəştli mənzillərin satışı keçiriləcək.
Publika.az xəbər verir ki, satış saat 11:00-da başlayacaq.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 10 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 10 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin, ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub.
Satış dekabrın 12-si saat 11:00-dək davam edəcək.(“Yeni Sabah”)
-
Dünya13:24CHP parçalanma və kütləvi istefa astanasında - Kılıçdaroğlu geri dönür?
-
Nida Xəbər 12:59Tokayevdən Bakı və İrəvana çağırış: Tez imzalayın
-
Dünya12:40İsrail mətbuatı Türkiyənin "Ejder"indən yazdı: "Təkərli canavar"dır - VİDEO
-
Dünya11:47Trampın gizli planı üzə çıxdı: Avropa şokda, 4 ölkə hədəfdə
-
MDB11:10Paşinyan bu dəfə Moskvada velosiped sürdü - VİDEO
-
MDB10:50Məşhur ekstrasensin 2026-cı il proqnozu: Rusiyada görün nə baş verəcək
-
İdman10:44Braziliya klubu "Qarabağ"la danışıqlara başladı: Ançelottinin istəyi ilə
-
Köşə09:12Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır


































