Sosial
“Bakı Metropoliteni” işə çıxacağım gün vacib şərtləri dəyişdirdi”
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi təyin olunduğu deyilən teleaparıcı Nərmin Salmanova qurumla maaş məsələsində razılığa gələ bilməyib.
Publika.az xəbər verir ki, aparıcı bu barədə feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, “Bakı Metropoliteni” tərəfindən vəd edilən şərtlər yerinə yetirilməyib: “Artıq bir müddətdir “Bakı Metropoliteni” ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım Metropolitenin təklifi fonunda bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu.
Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı”.
Qeyd edək ki, N. Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.
Xatırladaq ki, son günlər “Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı məlumatlar yayılır. Qurum ötən gün açıqlama yayaraq sözügedən məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
-
Magazin119:36Gəlinini səhnədə təbrik etdi - VİDEO
-
Elm və təhsil18:48Sevinc Həsənova vəzifəsindən AZAD EDİLDİ
-
ABŞ18:24Melaniya Tramp Ağ Evdə özü haqqında filmin nümayişini keçirdi
-
Digər17:39Kuba müharibəyə hazırlaşır? - Prezident təlimlərə qatıldı
-
İqtisadi gündəm17:19"Temu" satışları dayandırdı, milyonlara istifadəçi şokda
-
İdman17:09Xabi Alonso “Qarabağ”la oyun öncəsi “Liverpul”a qayıdır?
-
Hadisə16:1520 işçinin maaşını verməyən icarədar saxlanıldı
-
Yaxın Şərq16:05Hərbçilər 4 kilometrlik tuneli məhv etdilər




































