Sosial
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müsabiqə keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
Bakı və Sumqayıt qarnizonlarına məxsus yanğından mühafizə hissələrinin yanğınsöndürmə növbələri arasında keçirilən baxış-müsabiqədə hər manqada 7 nəfər heyət olmaqla, ümumilikdə 18 manqadan 126 əməkdaş iştirak edib.
Gərgin mübarizə şəraitində keçən müsabiqənin nəticələrinə əsasən, Sumqayıt şəhər 24 nömrəli YMH 1-ci yeri, Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi 2-ci yeri, Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 13 nömrəli YMH 3-cü yeri tutub.
Müsabiqəyə DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşları hakimlik edib.
Sonda qaliblərə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovnik-leytenantı Mircavad Seyidov və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom, kubok və qiymətli hədiyyələr təqdim edilib.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi













































