Apteklərdən dərmanları pulsuz necə alacağıq? - Açıqlandı
Bizi izləyin

Sosial

Apteklərdən dərmanları pulsuz necə alacağıq? - Açıqlandı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb.

Publika.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də çıxış edib və dərman vasitələrinin təminat prosesinin sistemli və şəffaf qaydada həyata keçiriləcəyini vurğulayıb.

Vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşıb müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək. Həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda “E-Resept” sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq.

Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq.

Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək.(Medicina.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm