Sosial
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tədbir keçirdi - FOTO
Dekabrın 11-də Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyi və 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, tədbirdə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının FHN-in Regional mərkəzləri və tabeli qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin sədrləri, xidməti fəaliyyətində fərqlənən bir qrup Nazirlik əməkdaşı iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Nazirliyin yaradılmasının 20 illiyi və 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara peşə fəaliyyətlərindəki çətin və şərəfli işlərində uğurlar arzulayıb. Natiq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Qeyd olunub ki, ötən dövr ərzində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə Nazirliyin maddi-texniki bazası möhkəmləndirilib, kadrların peşəkar hazırlıq səviyyəsi artırılıb, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində uğurlu fəaliyyət daha da yüksəldilib.
Sonda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən Nazirliyin Aparatı, Regional mərkəzləri və qurumlarında çalışan, xidməti fəaliyyətində fərqlənən 139 nəfər əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.



-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































