Sosial
Bakıda 14 yaşlı qız ANA OLDU: hər ikisinin vəziyyəti... - YENİLƏNDİ
Dekabrın 11-də saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Publika.az xəbər verir ki, bu barədə TƏBİB-dən "Report"a məlumat verilib.
Bildirilib ki, pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Ginekologiya şöbəsinə yerləşdirilib.
Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.
Dekabrın 11-də pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2 600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.
Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir.
xxx
20:00
Bakıda 14 yaşlı qız ana olub.
Publika.az xəbər verir ki, yeniyetmə bu gün qız uşağı dünyaya gətirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli "Report"un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, ilk xəbəri "Qafqazinfo" saytı yayıb.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































