Sosial
Bakıda şagirdlər saqqızdan zəhərləniblər? - Ekspert DANIŞDI
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin səkkiz şagirdi zəhərlənib. Onların saqqızdan zəhərləndiyi ehtimal olunur.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı "Baku" TV-yə açıqlama verən qida üzrə ekspert Mübariz Vəliyev məsələyə aydınlıq gətirib:
"Saqqızın tərkibində bir çox maddələr var. Xiolitol adlanan maddə şəkərsiz saqqızlarda olur. O da insan üçün təhlükəli sayılmır. Sadəcə allergiyası olan insanlar üçün rəngləndirici, ətir verici maddələr təhlükə yarada bilər".
Ekspert şagirdlərdə müşahidə oluna biləcək əlamətlərin zəhərlənmə deyil, məhz allergiyaya xas olduğunu bildirib: dodaqda şişmə, dəridə səpmə, boğazda yanma və qıcıqlanma.
"Bu da zəhərlənmə demək deyil, allergiyadır", - deyə ekspert qeyd edib.
Daha ətraflı videomaterialda:
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































