Bu ilin 10 ayında 2714 əkiz, 81 üçəm doğulub
Bizi izləyin

Sosial

Bu ilin 10 ayında 2714 əkiz, 81 üçəm doğulub

Bu ilin 10 ayında 2714 əkiz, 81 üçəm doğulub

Bu ilin 10 ayında (yanvar-oktyabr) 2714 əkiz, 81 üçəm doğulub.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80 802 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,5-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2 714-ü əkiz, 81-i isə üçəm olmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm