Sosial
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş “MediaTech” layihəsi çərçivəsində təlim proqramı baş tutub. “Smart Nation” ilə birgə həyata keçirilən “MediaTech: Blog the Future” tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunlu təlim proqramı olub. Təlimin əsas məqsədi texnoloji influenserliyə maraq göstərən yeni nəsil kontent istehsalçılarını bir araya gətirmək, onların praktiki biliklərini artırmaq və bu bilikləri müasir, innovativ yanaşmalarla möhkəmləndirmək olub.
Ümumilikdə 60-dan çox texno-blogerin iştirak etdiyi proqramda iştirakçılar rəqəmsal məzmun istehsalı, şəxsi brendinq, rəqəmsal marketinq strategiyaları, alqoritmlərin iş prinsipləri və mobil videoyaradıcılıq kimi sahələr üzrə intensiv sessiyalarda iştirak ediblər. Sessiyalar real nümunələr və praktik tapşırıqlar əsasında qurularaq iştirakçılara əldə etdikləri bilikləri dərhal tətbiq etmək imkanı yaradıb.
Təlimin sonunda gələcəyin texnoloji influenserlər sosial media üçün məzmun quruluşu yaratmaq, rəqəmsal auditoriya ilə effektiv ünsiyyət qurmaq, trend analizləri aparmaq və mobil kontent istehsalında innovativ metodlardan istifadə etmək bacarıqlarını inkişaf etdiriblər.
Bu təşəbbüs Bakcell-in Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına, innovasiya və texnologiya ekosisteminin gücləndirilməsinə yönəlmiş davamlı və strateji fəaliyyətlərinin növbəti uğurlu nümunəsidir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.






-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?



































.jpg)


