Sosial
"Səni axtarıram"da saxlanılan Əfsanə də azadlıqda - FOTO
Qayınanasının ölümünü bilib gizlətməkdə təqsirləndirilən qadın azadlığa buraxılıb.
Publika.az xəbər verir ki, 3 il azadlıqdan məhrum edilən Əfsanə Cəfərova bu Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.
O, cəzasının çəkilməmiş 10 ayından azad edilib.
Qeyd edək ki, 2020-ci ilin fevral ayının 23-də 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın meyiti Ağcabədi şəhərində yerləşən evinin həyətində aşkar olunub. Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq İdarəsinə həvalə edilib.
İstintaqla müəyyən edilib ki, Yevlax rayonunun Bəydili kənd sakini, 1992-ci il təvəllüdlü Seymur Elxan oğlu Cəfərov 2020-ci il fevralın 22-də, gecə saat 1 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olub. Bundan Əfsanənin qayınanası Faxrəndə İbrahimova xəbər tutub. Münasibətlərinin ifşa olunacağından qorxan S.Cəfərov F.İbrahimovanı yastıqla boğaraq öldürüb.
S.Cəfərov 2022-ci il fevralın 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Əfsanə Cəfərova 2022-ci il fevralın 1-də ARB televiziya kanalının "Səni axtarıram" adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi. (Oxu.az)
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq












.jpg)

























