Sosial
ADY 30 milyon dollara 7 yük qatarı alacaq
Azərbaycan Dəmir Yolları 30 milyon dollarlıq istiqraz buraxır.
Publika.az xəbər verir ki, ADY hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqraz buraxır.
Məlumata görə, istiqrazlar üzrə illik faiz dərəcəsi 7% təşkil edir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
Qeyd edilib ki, emissiya çərçivəsində cəlb olunacaq vəsaitlər “Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət tərkibi parkının yenilənməsi üzrə prioritet investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu vəsaitlər hesabına 7 ədəd magistral lokomotivin satın alınması nəzərdə tutulur. Layihənin dəyəri 25,935 milyon ABŞ dolları təşkil edir, əlavə olaraq 20% ƏDV və gömrük rüsumları üzrə 5,187 milyon ABŞ dolları məbləğində xərclər də bu çərçivədə maliyyələşdiriləcək.
Həyata keçiriləcək bu investisiya tədbirləri yükdaşınma potensialının artırılması, əməliyyat effektivliyinin yüksəldilməsi və logistika xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq












.jpg)

























