Sosial
İşdən çıxarkən hansı hallarda kompensasiya almalıyıq? - Hüquqşünas hər şeyi izah etdi
Son günlər sosial media istifadəçiləri arasında işdən çıxan zaman işçinin hansı hallarda əmək kompensiyası ala biləyəci ilə bağlı müzakirələr gündəmdədir.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirdi ki, işçinin əmək müqaviləsinə xitam verildikdə kompensasiya yalnız müəyyən hallarda ödənilir:
"Kompensasiya yalnız ixtisar, hərbi çağırış və ya əmək şəraitinin dəyişməsi hallarında nəzərdə tutulur. Bu zaman kompensasiya işçinin sığorta stajına uyğun hesablanır. Qalan hallarda yalnız mövcud əməkhaqqı və məzuniyyət borcları ödənilir.
Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi öz xahişi ilə işdən çıxarsa, kompensasiya verilmir. Sadəcə olaraq, istifadə olunmamış məzuniyyətə və qalıq əməkhaqqına görə ödəniş edilir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdə də kompensasiya nəzərdə tutulmur. (Bu bənd işçinin əmək funksiyalarını və ya müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur)".
Hüquqşünas onu da qeyd etdi ki, müqavilə müddətinin bitməsi və ya işçinin davranışı ilə bağlı xitam zamanı kompensasiya verilmir, yalnız məzuniyyət və əməkhaqqı borcları ödənilir.
Roza Şəfiyeva
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...




































