Sosial
Mülki müdafiə sahəsində görülmüş işlər müzakirə olundu - FOTO
Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşəbbüsü ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Zaqatala Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, tədbirlərdə FHN Şimal-qərb Regional Mərkəzinin və sözügedən rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, yerli özünüidarəetmə orqanlarının, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.
Müşavirələrdə Regional Mərkəzin və icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Daha sonra Şimal-qərb Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən bəhs edib, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər.
Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq, rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.Müşavirələrdə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.
-
İdman20:48“Qızıl Top”a namizədlər açıqlandı - Messi neçəncidir?
-
MDB20:12Xanımı Çilidə uşaq dünyaya gətirən deputat vəzifədən AZAD EDİLDİ
-
Magazin119:36Zümrüdün qızı ilə görüşü təsirləndirdi - VİDEO
-
ABŞ19:24Milad gecəsi lotereyadan 1,8 MİLYARD DOLLAR UDDU
-
Nida Xəbər 18:05Azərbaycan QHT-ləri Trampa açıq məktub yazdılar
-
İdman17:20Qara Qarayev "Araz Naxçıvan"ı tərk etdi
-
MDB15:48Kreml 20 maddəlik sülh planını rədd edəcək: Nə qədər ki, Putinin belə fürsəti var...
-
Sosial14:48"Uşaqları texnologiyadan tamamilə təcrid etsək, qorxaq nəsil yetişər"




















.jpg)





