Sosial
Astara Gömrük İdarəsində külli miqdarda narkotik vasitə aşkarlandı - FOTO/VİDEO
Astara Gömrük İdarəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Publika.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kərəviz və kahı" yükü daşıyan nəqliyyat vasitəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana aşkar olunub. Ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.
Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobili kinoloji xidmət itinin tətbiqi ilə ətraflı gömrük yoxlamasından keçirilib. Nəticədə nəqliyyat vasitəsindəki iki paletdə gömrük nəzarətindən gizlədilən narkotik vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...




































