Sosial
Gəncədə uşaq evində Yeni il tədbiri keçirildi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Gəncə şəhər 4 saylı uşaq evində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub.
Publika.az xəbər verir ki, bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.
-
MDB15:58Kreml rəsmən təsdiqlədi: Putin razıdır
-
Hadisə15:43Azərbaycanda polkovnik vəfat etdi - FOTO
-
Region15:40Rusiya Ukraynada “ərazi mübadiləsi”nə razıdır - Putin geri çəkildi?
-
Rəsmi xronika14:07İlham Əliyev bu idmançılara ev verdi
-
Sağlamlıq12:55Çindən gələn "xərçəng çarxı" - Bu təkərlərdə təhlükəli maddələr aşkarlandı
-
İdman12:36Ulduzlar Milad bayramını belə keçirdilər: Neymar hansı sevgilisinin yanına gedib? - FOTOLAR
-
MDB11:02Rusiyalı general 56 yaşında öldü
-
Dünya10:50Hakimiyyət uğrunda mübarizə: Zelenski onu “bir nömrəli düşmən” elan etdi





































