Sosial
Bu şəxslərin pensiyası DAYANDIRILA bilər
Əlilliyə görə təyin olunan və dövlət tərəfindən verilən pensiya və müavinətlərin davam etməsi müəyyən şərtlərə bağlıdır. Bəs hansı halda əlilliyə görə verilən pensiya dayandırıla bilər?
Publika.az xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlama verib. O bildirib ki, əlilliyə görə əmək pensiyası bir neçə halda dayandırıla bilər:
“İlk növbədə, növbəti tibbi-sosial ekspertiza müayinəsi zamanı şəxsin sağlamlığının bərpa olunduğu və ona əvvəl təyin edilmiş əlillik dərəcəsinin artıq qüvvədə olmadığı müəyyən edilərsə, əlillik ləğv olunur və bu əsasla pensiyanın verilməsi dayandırılır. Həmçinin müəyyən edilsə ki, şəxs əlillik statusunu saxta və ya düzgün olmayan sənədlər təqdim etməklə əldə edib, bu halda da əlillik ləğv edilir və əmək pensiyası kəsilir”.
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?


































