Sosial
25 avtomobil hərraca çıxarılır
Gələn il martın 3-də dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri açıq hərraca çıxarılacaq. Hərraca müxtəlif nazirliklərə, dövlət qurumlarına və publik hüquqi şəxslərə məxsus minik, yük, avtobus və xüsusi təyinatlı avtomobillər təqdim olunacaq.
Publika.az xəbər verir ki, təqdim olunan nəqliyyat vasitələrinin bir hissəsi 25 və 50 faiz endirimlə təkrar hərraca çıxarılır.
Hərraca çıxarılacaq ən bahalı avtomobil Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə məxsus 2014-cü il buraxılışlı "Audi A6"nın start qiyməti 19 min manatdır. Ən ucuz nəqliyyat vasitəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin balansında olan "KamAZ 6520" yük avtomobilidir, onun start qiyməti isə 1 400 manat təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələri arasında Müdafiə Nazirliyinin balansında olan 1998-ci il buraxılışlı "IVECO" markalı avtobus, 2003-cü il buraxılışlı "Mercedes-Benz S350" minik avtomobili və bir neçə "PAZ-3205" avtobusu yer alır. Bu nəqliyyat vasitələrinin start qiymətləri 3 750 manatdan 15 000 manata qədər dəyişir.
Hesablama Palatasına məxsus 2014-cü il buraxılışlı iki "Toyota Camry" minik avtomobili müvafiq olaraq 10 min 500 və 10 min 750 manat start qiyməti ilə hərraca çıxarılacaq. Nazirlər Kabinetinin İşlər Müdiri Aparatının balansında olan "BMW 730Li" və "BMW 760Li" avtomobillərinin start qiymətləri isə 5 min 500 - 6 min manat aralığında müəyyən edilib.
Xarici İşlər Nazirliyinə məxsus 2014-cü il buraxılışlı "BMW 528i" avtomobili 14 min manat start qiyməti ilə satışa çıxarılacaq.
-
Ekopublika.az26 Dekabr 20:34950 milyon sərvəti var, dolana bilmədiyini açıqladı - İş adamı gündəmdə
-
Nida Xəbər 26 Dekabr 20:22Futbol oynayardım, amma... - Prezidentin səmimi söhbəti - VİDEO
-
Kriminal26 Dekabr 20:10Zal Yusifovun oğlunun törətdiyi əməllər açıqlandı: Altı nəfərdən 1 milyon 200 mini necə alıb?
-
Kriminal26 Dekabr 18:45MİDA-ya kiberhücumla bağlı cinayət işi açıldı - Üç qurumdan birgə məlumat
-
Ekologiya26 Dekabr 18:30Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
-
Nida Xəbər 26 Dekabr 17:50Ceyhun Bayramov Ermənistana səfər edəcək?
-
Rəsmi xronika26 Dekabr 16:52İlham Əliyev sərəncam imzaladı
-
MDB26 Dekabr 15:58Kreml rəsmən təsdiqlədi: Putin razıdır














.jpg)

.jpg)
.jpg)






















