Sosial
Ölkənin kənd yerlərində ana ölümü səviyyəsi 9.5-dən 43.4-ə yüksəldi
2010-cu illə müqayisədə 2024-cü ildə ölkə üzrə ana ölümü səviyyəsi 12.6 bənd artaraq hər 100 min diri doğulana görə 28.3 nəfərə yüksəlib. Göstərilən dövrdə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 26 nəfərdən 29 nəfərə çatıb.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, 2010-cu illə müqayisədə 2024-cü ildə ana ölümü səviyyəsi kənd yerlərində 9.5-dən 43.4-ə yüksəlib, şəhər yerlərində isə 22-dən 12.2-yə enib.
2024-cü ildə ana ölümü hallarının 6-sı şəhər, 23-ü isə kənd yerlərinin payına düşüb.
2024-cü ildə ana ölümü hallarının sayı Lənkəran-Astara və Mil-Muğan iqtisadi rayonlarında hərəsində 5, Qarabağ iqtisadi rayonunda 4, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında 3, Dağlıq Şirvan, Qazax-Tovuz və Quba-Xaçmaz iqtisadi rayonlarında isə hərəsində 2 hal olaraq qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonlarında isə hərəsində 1 ana ölümü faktı qeydə alınıb. Bakı şəhəri, Şəki-Zaqatala və Şirvan-Salyan iqtisadi rayonlarında ana ölümü halları müşahidə edilməyib.
Ana ölümü anlayışı hamiləliyin müddətindən və harada baş verməsindən asılı olmayaraq, hamiləliyin ağırlaşması və ya düzgün aparılmaması nəticəsində (bədbəxt hadisə və ya təsadüfi səbəblər istisna olmaqla) hamiləlik dövründə, doğuş zamanı və ya hamiləliyin başa çatmasından sonra ilk 42 gün ərzində qadının vəfat etməsi halını ifadə edir.
-
Qoroskop01:40Günün qoroskopu: Bədəninizin siqnallarına qulaq asın
-
Dünya01:00Kadırovun oğlu qəzaya düşdü: Həmzət Çimayev öldü? - YENİLƏNDİ
-
İdman00:35Bu tarix bayramlar sırasına daxil edildi - RƏSMİ
-
Sosial16 Yanvar 22:46Müəllimlərə ŞAD XƏBƏR
-
İKT16 Yanvar 20:48“X”in fəaliyyəti bərpa olundu - YENİLƏNDİ
-
Magazin116 Yanvar 19:50Bakıda yaşayan "Kurtlar Vadisi"nin aktyoru yeni görünüşü ilə diqqət çəkdi - FOTO
-
Elm və təhsil16 Yanvar 19:20MİQ-də iştirakın ödənişli olması ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Sosial16 Yanvar 19:10Azərbaycanda bu işçilərin geyim normalarına dəyişiklik edildi - FOTO








.jpg)

























