Sosial
"Azərbaycanda idmanın inkişafı ardıcıl və strateji dövlət siyasətinin nəticəsidir"
“Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı bir daha göstərdi ki, idmanın inkişafı ölkəmizdə təsadüfi proses deyil, ardıcıl və strateji dövlət siyasətinin nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb və beynəlxalq arenalarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal əldə olunub. Bu göstəricilər təkcə statistik uğur deyil, eyni zamanda uzun illər ərzində həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir. İdmanın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə uğurla aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır və idmanda əldə edilən nailiyyətlərin əsas ideoloji təməlini aydın şəkildə ifadə edir”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, dövlət başçısının öz çıxışında xüsusi olaraq idman infrastrukturunun yaradılması məsələsinə toxunması da təsadüfi deyil.
“Cənab Prezident İlham Əliyev ölkəmizdə idman infrastrukturunun demək olar ki, sıfırdan qurulduğunu və bu gün ən yüksək səviyyəyə çatdığını xüsusi vurğuladı. Gəncə və Yevlaxda yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi və bölgələrdə bu komplekslərin sayının 46-ya çatdırılması dövlətin regionların balanslı inkişafına verdiyi önəmi göstərir. Bu, təkcə idman uğurlarına deyil, eyni zamanda sosial rifaha, gənclərin sağlam həyat tərzinə cəlb olunmasına xidmət edir. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, bu gün artıq bütün bölgələrdə idmanla məşğul olmaq üçün hər cür şərait var və bu amil kütləvi idmanın inkişafını stimullaşdırır. Beləliklə, cənab Prezidentin çıxışı idmanın Azərbaycanda dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinə çevrildiyini təsdiqləyir. Dünya və Avropa çempionatlarından, ən mötəbər beynəlxalq idman yarışlarından ölkəyə gələn medalların sayının artması, infrastrukturun genişlənməsi və gənclərin idmana marağının yüksəlməsi bir zəncirin həlqələri kimi bir-birini tamamlayır” – deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.
-
Dünya20:28Mədənçilərin olduğu avtobusa dronlarla hücum edildi - Çoxlu sayda ölən var
-
Hadisə19:00Əmi 12 və 14 yaşlı qardaşı uşaqlarını baltaladı - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Ekologiya18:24Fevralın 3-dən 7-dək... - Alimlərdən XƏBƏRDARLIQ
-
MDB17:29Rusiya dronlarına internet zərbəsi - FOTO
-
ABŞ16:59Epşteyn Rusiyaya işləyib? - Şok detallar
-
MDB16:49Doğum evi vuruldu, yaralananlar var
-
Magazin216:09Məşhur reperin nəvəsi öldü - FOTO
-
Qarabağ 14:49Xankəndi sakini: "Gəldim ki, qalan 5 günlük ömrümü doğma torpaqda yaşayım"

















.jpg)













.jpg)






