Sosial
Venesuela ABŞ təyyarələrindən birini vurub, amma...
Karakasa gecə basqını zamanı Amerika təyyarələrindən biri atəşə tutulub. Zərbəyə baxmayaraq, təyyarə işlək vəziyyətdə qalıb və missiyanı yerinə yetirib.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Mar-a-Laqoda keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, təxliyə zamanı Venesuela qüvvələrinin şiddətli müqaviməti başlayıb və elit ABŞ bölmələri "özünümüdafiə məqsədilə" əks-hücumlarla mübarizə apararaq ölkədən çıxmağa məcbur olublar.
Prezident Donald Trampın yanında dayanan yüksək rütbəli hərbi rəsmi bildirib ki, "Təyyarələrimizdən biri vurulub, amma uçuşa yararlı qalıb... Qoşunlar Venesueladan geri çəkilməyə başlayanda bir neçə döyüş toqquşması baş verib".
CNN yazır ki, yerüstü qruplar real vaxt rejimində kəşfiyyat məlumatları alıb və bu da onlara lazımsız risk olmadan "mürəkkəb mühitdə" manevr etməyə imkan verib. General Keyn zədələnmiş təyyarənin əməliyyatın sonuna qədər havada qaldığını və nəticədə təhlükəsiz şəkildə evə qayıtdığını vurğulayıb.
Hüseyn İbadlı
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ











.jpg)






















