Sosial
İki il əvvəl itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu
Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq, Xaçmaz rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2023-cü ilin yanvar ayında itkin düşmüş Xaçmaz rayonu sakini, 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovun qəsdən öldürülməsi müəyyən edilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü Surəddin Həsənalıyevin aralarında yaranmış mübahisə zamanı Əmirəddin Əkbərovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi və cinayətin izlərini itirmək üçün meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Əmirəddin Əkbərovun meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Surəddin Həsənalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ












.jpg)






















