Sosial
“Araz” Logistika Mərkəzində “Yaşıl anbar” ağacəkmə aksiyası keçirildi - FOTO
“Araz” supermarketlər şəbəkəsinə məxsus “Araz” Logistika Mərkəzinin həyətyanı sahəsində ekoloji tarazlığın qorunmasına və yaşıllığın artırılması məqsədilə ağacəkmə aksiyası keçirilib.
Publika.az xəbər verir ki, “Yaşıl anbar” adlı layihə çərçivəsində təşkil olunan aksiya şirkətin sosial məsuliyyət strategiyasının tərkib hissəsi olaraq həyata keçirilib.
“Logistika Gücümüzdür, Təbiət Məsuliyyətimiz” şüarı ilə reallaşdırılan layihənin əsas məqsədi anbar ərazisində yaşıllığın artırılması, ekoloji mühitin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına töhfə verməkdir.
Aksiya zamanı ümumilikdə 300-dən çox söyüd və çinar ağacı əkilib. Tədbirdə “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi və Veysəloğlu Şirkətlər Qrupuna daxil olan digər şirkətlərin əməkdaşları iştirak edib.
Qeyd edək ki, “Yaşıl anbar” layihəsi şirkətin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini, ekoloji məsuliyyətə verdiyi önəmi və gələcək nəsillər üçün daha sağlam ətraf mühitin formalaşdırılmasına yönəlmiş fəaliyyətini bir daha nümayiş etdirir.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ












.jpg)





















