Sosial
Bakıda bu səfirlik işçi axtarır - 2200 manat maaş
Fransanın Azərbaycandakı Səfirliyi sürücü–texniki işçi vəzifəsi üçün vakansiya elan edib. Vakansiya 1 illik yenilənə bilən yerli əmək müqaviləsi əsasında nəzərdə tutulur.
Publika.az Operativ Media-ya istinadla xəbər verir ki, vəzifəyə səfirlik əməkdaşlarının daşınması, avtomobillərin saz və təmiz saxlanılması, məktub və bağlamaların çatdırılması, eləcə də səfirlik və iqamətgahda xırda təmir və texniki işlərin görülməsi daxildir.
Namizədlərdən sürücülük vəsiqəsi, oxşar vəzifədə təcrübə, texniki bacarıqlar, Azərbaycan dilini ana dili səviyyəsində, ingilis dilini isə minimum B1–B2 səviyyəsində bilmək tələb olunur. Fransız dili biliyi üstünlük sayılır.
İş qrafiki bazar ertəsindən cümə gününə qədərdir. Aylıq əmək haqqı təqribən 2273 AZN təşkil edir.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ












.jpg)





















