Sosial
Qonşuları gecə saat 4-də zəng etdilər ki... - Nəsimi Nəbizadə niyə qaçıb?
Dünən axşam Qurtuluş Reabilitasiya Mərkəzindən qaçdığı deyilən jurnalist Nəsimi Nəbizadəni hələ də Mərkəzə gətirə bilməyiblər.
Publika.az xəbər verir ki, bu barədə nocomment.az-a açıqlama verən Mərkəzin rəhbəri Ceyhun Salmanov deyib ki, hər bir pasiyenti üç ay sonra bir neçə nəfərin nəzarəti altında çölə çıxarılır.
“Nəsimi Nəbizadənin yaşını, təcrübəsini, alicənablığını nəzərə alaraq etibar etdik. Toplu şəkildə dəfələrlə gəzintilərdə olmuşuq, Qarabağa da getmişdik. Xalq onu tanıyır. Böyük bir məsuliyyətin altına girdik. Hamı onun sağalmasını istəyirdi. Darıxdı, gəzmək istədi, mən də tək özümlə apardım. Nizami küçəsində təşkil olunmuş “Soyuq əllər, isti ürəklər” yarmarkasına getdik, kumbir yedik, tir də atdıq. Əylənməsini istədim. Sonra restoranda əyləşdik, çay içmək istəyirdik, sifariş etdik, mən “WC”yə gedib qayıdanda gördüm ki, Nəsimi müəllim yoxdur. Yəni reabilitasiya mərkəzindən qaçmayıb, restorandan qaçıb. Nəsimi müəllim beş ay gözlədi. Evinə getdik, bizə səslənmədi. Pəncərənin açıldığını gördüm. Sonra qonşuları gecə saat 04:00-də zəng etdilər ki, biz onunla danışdıq. Onunla beş-on dəqiqə söhbət etsək, yenə sağlam düşüncəyə gətirə bilərik. Guya reklam, şou olunduğuna bezib qaçdığını deyirlər. Əksinə, ümumi Mərkəzin daxilində sıxılırdı, deyirdi ki, gəzmək istəyirəm. Çox ehtimal ki, hələ narkotik istifadə etməyib. Amma İdarə Heyətində fikir ayrılığı da var ki, artıq istifadə edib. Təcrübəli şəxslər onun davranışına əsasən belə diaqnoz verirlər. Jurnalist Ceyhun Əsgərovla bağlı isə hər şey yaxşıdır. İnanırıq ki, onunla bağlı problem çıxmaz”, – o bildirib.
-
İdman1 Fevral 22:25Qurbanovdan qoldakı ofsayd şübhəsi ilə bağlı AÇIQLAMA
-
ABŞ1 Fevral 22:10ABŞ İrana hücum hazırlıqlarıa başladı
-
Dünya1 Fevral 20:28Mədənçilərin olduğu avtobusa dronlarla hücum edildi - Çoxlu sayda ölən var
-
Hadisə1 Fevral 19:00Əmi 12 və 14 yaşlı qardaşı uşaqlarını baltaladı - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Ekologiya1 Fevral 18:24Fevralın 3-dən 7-dək... - Alimlərdən XƏBƏRDARLIQ
-
MDB1 Fevral 17:29Rusiya dronlarına internet zərbəsi - FOTO
-
ABŞ1 Fevral 16:59Epşteyn Rusiyaya işləyib? - Şok detallar
-
MDB1 Fevral 16:49Doğum evi vuruldu, yaralananlar var














.jpg)

.jpg)












.jpg)






