Sosial
Reabilitasiya Mərkəzində Nəsimi Nəbizadəyə işgəncə verilib? - Gizlənməsinin səbəbi
Tanınmış aparıcı Nəsimi Nəbizadənin “Qurtuluş” Reabilitasiya Mərkəzində narkotik asılılığından aldığı müalicədən imtina edərək qaçıb gizlənməsi gündəmin əsas mövzularındandır.
Publika.az xəbər verir ki, bəzi sosial media istifadəçiləri Nəsimi Nəbizadənin sözügedən Mərkəzdə işgəncə gördüyünü və bu səbəbdən qaçıb gizləndiyini iddia edib.
Bu baxımdan tanınmış jurnalist Fərid Azərinin son paylaşımı diqqət çəkir:
"Özünü "Qurtuluş" adlandıran, amma qeyri-peşəkarın rəhbətlik etdiyi, qeyri-peşəkarların toplaşdığı "reabilitasiya mərkəzi"nin fəaliyyəti niyə araşdırılmır? Niyə aidiyyəti qurumlar bu "mərkəzin" hansı əsaslarla fəaliyyət göstərdiyini sorğulamır? Müalicə və reabilitasiya prosesi Səhiyyə Nazirliyinin, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir. Nəyə görə bu qurumlar Ceyhun Salmanov adlı şəxsin hansı əsaslarla mərkəzinə gələnləri saxladığını, hansı tibbi protokollarla müalicə aparıldığını araşdırmır? İşgəncə iddialarını araşdırmaq isə polisin səlahiyyətindədir. Nəsimi Nəbizadəni məsxərə obyektinə çevirən bu şəxs cəzalandırılmalıdır".
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov isə mediaya açıqlamasında işgəncə iddialarını təkzib edib:
"Bir insanı necə zorla saxlamaq olar? Biz onu Qarabağa gəzməyə aparmışıq, Milli Qəhrəman Salatın Əsgərovanın qəbrini ziyarət etmişik, ona qarşı xoş rəftar olunub. Məcburi saxlanılan adam elə olur? İddialar əsassızdır".(SAVASHMEDİA.az)
-
Qoroskop01:40Günün ulduz falı: Enerjinizi bu işlərə yönəldin!
-
Dünya01:20ABŞ əməliyyatdan öncə Maduroya görün nə təklif edib
-
Region00:15Əraqçi ailəsi ilə birgə İrandan qaçdı - Hansı ölkəyə?
-
Nəqliyyat9 Yanvar 22:56Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır
-
Cənubi Qafqaz9 Yanvar 22:42Tbilisidə məşhur ticarət mərkəzi YANDI - YENİLƏNDİ
-
Region9 Yanvar 22:14Rza Pəhləvi Trampdan kömək istədi: İrana müdaxilə etməyə hazır olun!
-
Maraq dünyası9 Yanvar 22:0040 ildir izlənirdi: Dünyanın ən böyük aysberqi bir neçə günə parça-parça olacaq
-
MDB9 Yanvar 20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO







.jpg)


.jpg)


























