Region
Səhiyyə nazirinin keçmiş müavini HƏBS OLUNDU - FOTO
Gürcüstanın səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Səhiyyə Nazirliyinin tender satınalma komitəsinə də rəhbərlik etmiş Quduşaurinin, nazirliyin 2022-ci ilin sentyabr ayında təcili yardım maşınlarının alınması üçün elan etdiyi tenderin nəticələrinə təsir göstərdiyi bildirilir.
Tenderdə üç şirkət iştirak edib və qalib ən aşağı təklifi verən şirkət olub - 8,5 milyon lari (təxminən 3,2 milyon dollar). Lakin bu tender Quduşaurinin göstərişi ilə dayandırılıb və 2023-cü ilin may ayında yeni tender elan edilib.
Yeni tenderin şərtləri yalnız bir konkret şirkət üçün uyğun olub və nəticədə qalan təklif verənlər iştirak etməyib.
Bildirilir ki, nazirlik tenderdə qalib gəlmək üçün əvvəlcədən seçilmiş bir şirkətə əsassız olaraq 2,1 milyon lari (təxminən 794.900 dollar) ödəyərək dövlət maraqlarına zərər vurub.
Adəm

-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...





































