Sosial
Məktəblərdə uşaqların döyülməsi ilə bağlı yeni QADAĞA
Təhsil müəssisələrində uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağan ediləcək.
Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan "Uşaq hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidirlər.
Təhsil müəssisələrində intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağan ediləcək.
Təhsil müəssisələrində uşaqlar arasında hüquq pozuntularının, riskli davranışın və zərərli vərdişlərə aludəlik meyllərinin qarşısının alınması, sosial dizadaptasiyaya məruz qalmış uşaqların sosial bacarıqlarının artırılması məqsədilə profilaktik tədbirlər görüləcək və sağlam həyat tərzini təbliğ edən layihələr həyata keçiriləcək.
-
Köşə13:10Jurnalistika təkcə peşə deyil, vicdan və sevgi işidir
-
Yaxın Şərq12:25ABŞ-ın İrana güc nümayişi: Müttəfiqlər də təşviş içərisindədir
-
Nida Xəbər 10:57Əli Əsədov qərar imzaladı
-
MDB10:36Deputatdan təklif: Bu qadınların pensiya yaşı 43-ə endirilir
-
MDB10:24Ukrayna Krım istiqamətində hücuma keçdi - Rusiya HHM-i işə saldı
-
Magazin110:18Ad günündə Şəbnəmi geridə qoydu: Görün nə qədər pul toplandı
-
İqtisadi gündəm09:42Yanvar ayının pensiyaları niyə artımlarla ödənilmədi? - AÇIQLAMA
-
Maraq dünyası09:24Həyatın yaranışına işıq salacaq kəşf: Görün okeanın dibindəki şəhərdən nələr tapılır









.png)


.jpg)

.jpg)















.jpg)



