Sosial
Yasamaldakı həmin qara paltarlı qadın tutuldu - VİDEO
Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.
Publika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Vətəndaşlara tövsiyə edilir ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, şəxsi əmlaklarının təhlükəsizliyinə diqqətlə yanaşsınlar və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat versinlər.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Yasamalda qara geyimli qadının üzünü gizlədərək evlərə girməsi və oğurluq etməsinə dair məlumatlar yayılmışdı.

-
Nida Xəbər 13:32Onlar əsgərlikdən tamamilə azad edilir
-
Dünya13:20Radarlardan itən təyyarə tapıldı: Qəzaya uğrayıb - VİDEOSU YAYILDI/YENİLƏNDİ
-
İdman12:15Luis Enrike "Qarabağ"ı arzulayır: Bezmişik...
-
Magazin211:48Hər şey ortaya çıxdı: Görün Xalq artistini kim maliyyələşdirirmiş - FOTO
-
Dünya11:36İranın müttəfiqləri İsrailə hücuma hazırlaşır - Bu ölkədən vuracaqlar
-
Sosial11:04Bu halda cərimə məhkumun əmlakından tutulacaq
-
Sosial10:15Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək - VİDEO
-
ABŞ08:49Tramp Niki Minajın manikürünü bəyəndi: mən də dırnaqlarımı uzadacam...































.jpg)





