Magazin1
Nanə görünüşü ilə bağlı tənqidlərə belə cavab verdi
Aparıcı Nanə Ağamalıyeva sosial şəbəkələrdə görüntüsü ilə bağlı yazılan neqativ rəylərə cavab verib.
Publika.az xəbər verir ki, bununla bağlı Nanə sosial şəbəkədə paylaşım edib.
“Azərbaycan Dövlət Tibb Universitetinin məzunuyam və bununla hər zaman qürur duymuşam. Məni tanıyan hər kəs bilir ki, həkim olaraq sağlam və düzgün həyat tərzinə həmişə üstünlük vermişəm. Amma məni tanımayanların da diqqətinə çatdırmaq istəyirəm ki, sağlamlıq ilk növbədə ruhdan başlayır. Ruhu sağlam olan insanlar həyata, daha işıqlı və daha güclü baxırlar. Həyata baxışınız sizin aynanızdır. Sağlam yaşayın, sağlam qidalanın, idmanla məşğul olun. Bədənimizi idarə edən enerjidir və yalnız o enerjini hərəkətə gətirdikdə insan öz həyatı ilə bağlı yeni, doğru qərarlar verməyə başlayır.
Bu həyatı, bu ömrü bizə bəxş edən Allahdır. Həyatınızı, düzəninizi, ömrünüzü gözəlləşdirməyə tələsin. Mən həm həyatımdan, həm də Allahımdan hər zaman çox razıyam. İstədiyim hər nə varsa, artıqlaması ilə mənə bəxş edib, Alhamdulillah.
Sizin dünya boyda sevginizin qarşısında baş əyirəm, çox sağ olun. Sizin sevginiz məni hər zaman belə gözəl, ideal formada qalmaq üçün həvəsləndirir. Allaha çox şükür edirəm. Şükür sənə İlahi ! Sevin! Sevilin!
Qarşıdan Ramazan ayı gəlir. Çox böyük sevinc hissi ilə bu müqəddəs ayın gəlişini gözləyirik.
Sizi, tamaşaçılarımı, çox sevirəm! Allah hər kəsə bu müqəddəs günlərin sevincini yaşamagı nəsib etsin! Amin.
Ölkəmizin gözəl xanımları çoxdur, Azərbaycan qadını isə özü bütövlükdə bir gözəllik, zəriflik və ləyaqət nümunəsidir”, - Nanə bildirib.
Xatırladaq ki, Nanənin Aygün Kazımovanın ad günündəki görüntüsü diqqət çəkib. Aparıcının həddən artıq arıq olması diqqətdən yayınmayıb. Onu anoreksiya xəstələrinə bənzədənlər də olub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə3 Oktyabr 16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var

















.jpg)


















.jpg)