Sosial
Ər və arvad arasında "nikah öhdəliyi" ləğv olunur
Fransa nikah müqaviləsində "nikah öhdəliyi"ni ləğv etmək qərarına gəlib.
Publika.az "Agence France-Presse"ə istinadən xəbər verir ki, Fransa parlamentinin üzvləri birlikdə yaşayan ər-arvadın cinsi əlaqədə olmaq öhdəliyini aradan qaldıracaq qanun layihəsi hazırlayıblar.
Hazırda ölkə qanunvericiliyində "nikah borcu"na birbaşa dəlalət edən bənd olmasa da, evli insanların "birlikdə ailə həyatı sürməli" olduğuna dair müddəa mövcuddur. Nəticədə, bəzi hakimlər bu ifadəni "eyni çarpayını paylaşmaq öhdəliyi" şəkilində şərh edirlər.
Xatırladaq ki, 2019-cu ildə Versal Apelyasiya Məhkəməsi, həyat yoldaşı onunla yaxınlıq etməkdən imtina etdiyi üçün boşanmaq istəyən bir kişinin tərəfini tutub. Kassasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. 2025-ci ilin yanvar ayında fransız qadının xeyrinə qərar verilib. Daha sonra məlum olub ki, Fransa qanunvericiliyi ailə münasibətlərinə dair köhnəlmiş baxışları əks etdirir.
Qanun layihəsi Milli Assambleyada dəstəklənərsə, yay aylarında Senatda qəbul edilə bilər.
Qeyd edək ki, Fransada nikah öhdəliyi (bəzən ər-arvadın vəzifəsi adlanır) həm də cütlüklərin evlilik zamanı məsuliyyətlərini, sadiqliyi və ailə münasibətlərini təşkil edən hüquqi anlayışdır. Bu əsaslar əsasında tərəflər birgə yaşamaq, dəstək və maliyyə məsuliyyətləri daşıyır.
Adəm
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama







.jpg)
.jpg)

.jpg)






















