Sosial
Xəstəxanada müalicə alan Rasim Balayevin - SON DURUMU
Xalq artisti Rasim Balayev səhhətində yaranan problem səbəbindən bir müddət xəstəxanada müalicə aldıqdan sonra evinə buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə “pravda.az”a Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu məlumat verib.
"Şükür Allaha, Rasim Balayev indi yaxşıdır. Çox narahatlıq olmasın deyə telefondan bir az uzaqdır. Fəqərə sütununda problem var idi, düzəlir...
Sinirləri normal deyildi, artıq normallaşmağa başlayıb. Bir müddət xəstəxanada oldu, indi evindədir. Amma həkimlər evdə tam sakitlik şəraitində qalmağı məsləhət görürlər. Mən də çox narahat etmirəm. Bir-iki dəfə danışmışam. Əsasən, oğlu Ülvi ilə əlaqə saxlayıram, deyir ki, yaxşıdır. Qoy bir az əsəbləri yerinə gəlsin. Axı sinir pis şeydir.
Şəfiqə Məmmədova ilə birlikdə tez-tez bir-birimizə Rasim Balayevin əhvalı barədə məlumat veririk. Tezliklə onu işdə gözləyirik. Rasim Balayev Azərbaycan milli kinosunun simasıdır. Allah onu bizə çox görməsin”, - o bildirib.
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı





































