Sosial
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün Azərbaycanda Gənclər Günüdür.
Publika.az xatırladır ki, hər il fevralın 2-i ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilir.
Bu gün 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla təsis edilib.
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra, digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Ölkə əhalisinin 2.3 milyon nəfərini və 22.5 faizini gənclər təşkil edir.
Gənclərin 52.9 faizi şəhər yerlərində, 47.1 faizi isə kənd yerlərində yaşayır.
Qeyd edək ki, 2007-ci ildə gənclik yaşı 35-dən 29-a endirilib. Belə ki, Milli Məclis gənclik yaşının 35-dən 29-a endirilməsi ilə əlaqədar “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edib.
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı






































