Sosial
FHN-də müşavirə keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və Xidmətin məsul vəzifəli şəxsləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər və cari il üçün qarşıda duran məsələlər haqqında ümumi məlumat verib.
Sonra Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev çıxış edərək baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsinin, hadisələrə çevik reaksiyavermənin, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili məsələlərindən danışıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ötən il ərzində respublikanın şəhər və rayonlarında yanğından mühafizə bölmələrinin fəaliyyəti və ərazilərin yanğına qarşı əməliyyat şəraiti gündəlik nəzarətə götürülərək, baş vermiş yanğınların operativ qaydada söndürülməsi üçün müvafiq təxirəsalınmaz əməliyyat tədbirləri görülüb. Bundan əlavə, çıxış edənlər döyüş hesabında olan texnika və vasitələrin sazlığının daim diqqətdə saxlanılmasının xidmətin təşkili üçün zəruriliyini də vurğulayıblar.
Müşavirədə cari il ərzində xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı













































